Özü qalmasa da, əfsanəsi qalıb - Eşq naminə tikilən  ən BÖYÜK ABİDƏ
28 avqust 2025 20:15 (UTC +04:00)

Özü qalmasa da, əfsanəsi qalıb - Eşq naminə tikilən ən BÖYÜK ABİDƏ

Tarix boyu bir çox möhtəşəm abidə eşq, möhtəşəmlik və güc naminə ucaldılıb. Lakin Babilin Asma Bağları yalnız memarlıq möcüzəsi deyil, həm də əsrlərdir danışılan sehrli bir eşq hekayəsinin rəmzi hesab olunur. Bəzi tarixçilərə görə, bu nadir bağlar bir kralın sevdiyi qadına duyduğu həsrət və bağlılığın ən poetik ifadəsi idi...

Lent.az xəbər verir ki, antik dünyanın yeddi möcüzəsindən biri olan Babilin Asma Bağları təkcə möhtəşəmliyi ilə deyil, arxasındakı romantik hekayə ilə də yaddaşlarda qalır. Günümüzə gəlib çatmayan bu əfsanəvi bağlar, bir hökmdarın sevgisini əbədiləşdirmək istəyinin təmtəraqlı təcəssümü kimi qəbul olunur. Həm gerçəkliyi, həm də hekayəsi ilə hələ də sirrini qoruyur!

Babilin Asma Bağlarının arxasında, dövrünün ən qüdrətli hökmdarlarından biri olan II Nabukadnezarın adı keçir. E.ə. VI əsrdə hökmranlıq edən bu kral yalnız fəthləri ilə deyil, həm də sənətə və memarlığa verdiyi önəmlə tanınırdı. Lakin onu digər hökmdarlardan fərqləndirən ən mühüm cəhət isə həyat yoldaşı Amitisə duyduğu dərin məhəbbətlə tarixə düşməsidir.

Med əsilli bir şahzadə olan Amitis, Babilə gələndə yeni torpaqların düzənliyinə və quraq havasına öyrəşə bilmədi. O, doğulduğu yerlərin yaşıl dağlarını, çiçəklərlə bəzənmiş vadilərini həsrətlə xatırlayırdı.

Onun bu həsrəti Nabukadnezarın qəlbinə toxundu. Əfsanəyə görə kral, həyat yoldaşının vətən nisgilini azalda bilmək üçün göyə yüksələn terraslar inşa etdirdi.

Asma Bağlar qat-qat yüksələn terraslardan ibarət idi. Suvarma sistemləri ilə təchiz olunmuş bu möhtəşəm tikilidə ekzotik bitkilər, hündür ağaclar və rəngbərəng güllər vardı. Memarlıq baxımından dövrünü xeyli qabaqlayan bu layihə həm təbiətin gözəlliyini, həm də insan əlinin yaradıcılığını bir arada nümayiş etdirirdi.

Həqiqət, yoxsa əfsanə?

Babilin Asma Bağlarının həqiqətən mövcud olub-olmadığı hələ də müzakirə mövzusudur. Bəzi tarixçilər bu bağların yalnız rəvayətlərdən ibarət olduğunu irəli sürür, digərləri isə arxeoloji tapıntılarla varlığını sübut etməyə çalışır. Ancaq bir şey dəqiqdir: bu hekayə eşqin memarlığı və tarixi formalaşdıra biləcək qədər güclü olduğunu göstərir.

Bu gün Asma Bağlardan heç bir iz qalmasa da, geriyə buraxdığı əfsanə hələ də dildən-dilə dolaşır. Nabukadnezarın Amitisə hədiyyə etdiyi bu bağlar, eşqin yalnız qəlblərdə deyil, daşlarda və çiçəklərdə də əbədiləşə biləcəyini sübut edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar