Yeni okean   YARANACAQ: Afrikanı iki yerə ayıracaq
28 mart 2023 12:18 (UTC +04:00)

Yeni okean YARANACAQ: Afrikanı iki yerə ayıracaq

Yer kürəsində Afrikanı iki yerə böləcək okeanın yaranacağı iddia olunur. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu əsasən Afrika qitəsinin iki hissəsi bir-birindən ayrılmağa davam etdikcə baş verəcək. Dənizə çıxışı olmayan ölkələr (Zambiya və Uqanda kimi) öz sahil xətlərini əldə edə biləcəklər.

Alimlərin fikrincə, proses milyonlarla il ərzində baş verəcək. Gələcəkdə yaranacaq okeanın səbəbi 2005-ci ildə üç tektonik plitənin (Nubiya, Somali və Ərəbistan) sərhədində Şərqi Afrika Riftinin formalaşması ilə başlayıb. 

Qeyd edək ki, oxşar tektonik sürüşmələr Qırmızı dənizin və Ədən körfəzinin formalaşması zamanı da baş verib.

# 1809
avatar

Sevinc Fərid

Oxşar yazılar