Azərbaycan filmi “Oskar” mükafatı uğrunda mübarizə aparacaq
Azərbaycan “Oskar” Komitəsinin 30 avqust 2010-cu il tarixində keçirilən iclasının qərarına görə “Narimanfilm”in istehsalı olan “Sahə” bədii tammetrajlı filmi Amerika Kinoakademiyasinin üzvlərinin ixtiyarına təqdim olunacaq. “Sahə” filmi Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək. Bu barədə məlumat “Nərimanfilm” kinoşirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Sahə” bədii filmi (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır.
Qeyd edək ki, film Azərbaycan və Gürcüstanın müştərək istehsalıdır, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, “Paşa Bank”ın iştirakı ilə ərsəyə gətirilib.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
Filmin Azərbaycanda premyerası 2010-cu ilin payızına planlaşdırılır.
Lalə Yusifqızı

Oxşar yazılar

“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04