2022-ci ilin hansı filmi  ən çox gəlir   gətirib?
25 aprel 2023 18:49 (UTC +04:00)

2022-ci ilin hansı filmi ən çox gəlir gətirib?

0

Ekspertlər 2022-ci ilin ən uğurlu filmlərinin siyahısını tərtib ediblər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda lider rejissor Ceyms Kemeronun “Avatar: Su yolu” filmi olub.

Bu filmdən kassaya daxil olan pul 2,31 milyard dollar olub. 

“Avatar”ın istehsalında xərclənən pul da təsir edicidir. Belə ki, təkcə çəkilişlərə 400 milyon dollar, marketinq işlərinə 175 milyon dollar, reklam çarxlarına görə isə 100 milyon dollar xərclənib. 

Bundan əlavə, çəkiliş prosesində aktyorlara və digər iştirakçıların qonorarına da xeyli vəsait xərclənib.

"Top Gun: Maverick" 391,1 milyon dollar xalis mənfəətlə ən çox gəlir gətirən filmlər siyahısında ikinci olub. Eyni zamanda, filmin ümumi dəyəri 750 milyon təşkil edib və baş rolu, prodüser Tom Kruz 100 milyon dollardan 200 milyon dollara qədər pul alıb. 

İlk üçlüyü qazancı 382 milyon dollar təşkil edən "Minions: Gruvitation" cizgi filmi tamamlayır. 2022-ci ilin ən çox gəlir gətirən filmləri sırasına Doctor Strange: Into the Multiverse of Madness (284 milyon dollar), Black Panther: Wakanda Forever (259 milyon dollar), Jurassic World: Domination (229,7 milyon dollar) və Batman (177 milyon dollar) daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1973

Oxşar yazılar