Anasının  dəfninə   getməməsinin səbəbini  AÇIQLADI
13 oktyabr 2026 13:49 (UTC +04:00)

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

0

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərlə bağlı olduğunu bildirib.

“Dəfn mərasiminə gedə bilmədim. İçimdən gəlmədi”, – Erbil etiraf edib.

Məşhur şoumen uşaqlıq illərində yaşadığı bəzi hadisələrin onda dərin iz buraxdığını və illər keçsə də, həmin inciklikləri tamamilə unuda bilmədiyini söyləyib.

Erbil anası ilə münasibətlərinin mürəkkəb olmasına baxmayaraq, övladlıq borcunu yerinə yetirdiyini vurğulayıb. O, sağlığında anasına maddi yardım göstərdiyini, hətta uşaqlıq illərində ona çətin günlər yaşatdığını bildirdiyi ögey atasına da mütəmadi pul göndərdiyini açıqlayıb.

Şoumendən anasına haqqını halal edib-etmədiyi də soruşulub.

“Əlbəttə, anama haqqımı halal etmişəm. Başqa cür ola da bilməz”, –  o bildirib.

Xatırladaq ki, 91 yaşında dünyasını dəyişən Yurdagül Eken Türkiyənin İzmir vilayətinin Urla rayonunda dəfn edilib.

Həmin vaxt mərasimdə iştirak edən qızı Öngül Eken qardaşı Mehmet Ali Erbilin səhhətində yaranan problemlər səbəbindən dəfnə gələ bilmədiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar