Hitler və nasizmdən  bəhs edən roman   Almaniyada bestseller oldu
27 iyun 2025 16:55 (UTC +04:00)

Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu

Almaniyalı müharibədən əvvəlki dövr jurnalisti Sebastyan Haffnerin ilk dəfə nəşr edilən “Vida” romanı satışa çıxdığı ilk ayda Almaniyada bestsellerə çevrilib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yazıçının nəvələri onun masa siyirməsində əlyazmanı taparaq nəşr etdirməyə qərar veriblər.

181 səhifəlik bu nisbətən qısa əsər iki qəhrəmanın sevgi hekayəsindən bəhs edir. Hadisələr fonunda isə 1918–1933-cü illəri əhatə edən Veymar Respublikası dövrünün sonu, yəni Almaniyanın Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra və Adolf Hitlerin hakimiyyətə gəlməsindən əvvəlki dövr təsvir olunur.

Roman 1932-ci ildə, nasizmin rəsmi qurulmasından cəmi bir neçə ay əvvəl yazılıb. Əsərin əsasının yazıçının gerçək həyat hekayəsi olduğu güman edilir – o, yəhudi bir qıza aşiq olub, lakin ayrılmaq məcburiyyətində qalıblar.

Sebastyan Haffner özü də nasizmdən qaçmışdı – 1938-ci ildə nişanlısı ilə birlikdə Almaniyanı tərk edərək Londona köçüb. Orada jurnalist fəaliyyətini davam etdirib və adını Raymund Pretzeldən Sebastyan Haffnerə dəyişib. Bu addımı ailəsinin Almaniyada qalan üzvlərini qorumaq məqsədilə atıb.

Məqalədə qeyd olunur ki, Böyük Britaniyanın baş naziri Uinston Çörçill Haffnerin ədəbi fəaliyyətini yüksək qiymətləndirib. O, Haffnerin ilk povesti “Almaniya: Cekill və Hayd” əsərini öz kabinet üzvlərinə oxumağı tövsiyə edib ki, onlar nasizmin yaratdığı təhlükəni daha yaxşı dərk etsinlər.

Sebastyan Haffner nasizmin aparıcı analitiklərindən biri sayılır, o, bu mövzuya dair Observer və Stern qəzetləri üçün çoxsaylı məqalələr yazıb. Qazandığı nüfuz isə sonradan ailəsinin tapdığı əlyazmanı nəşr etdirməkdən çəkinməsinə səbəb olub.

Mənbə  yazıçının 86 yaşlı oğlu, Londonda yaşayan riyaziyyat professoru Oliver Pretzelin sözlərini sitat gətirir: əvvəlcə o, bu işi əhəmiyyətsiz hesab edərək əlyazmanı nəşriyyata təqdim etmək istəməyib. Onun fikrincə, bu, atasının nüfuzunu kölgədə qoya bilərdi. Ancaq sonradan əsərin orijinallığını və ustalığını dəyərləndirib.

Alman tənqidçiləri bu əsəri “ədəbiyyat kəşfi” adlandıraraq yüksək qiymətləndiriblər. Onlardan biri – Folkner Vaydermann qeyd edib ki, ailənin narahatlıqları əsassız olub: bu yeni roman yazıçının irsinə mükəmməl şəkildə əlavə olunub.

Hazırda roman yalnız alman dilində nəşr olunub. Tezliklə Oliver Pretzelin tərcüməsində ingilis versiyası da gözlənilir. Haffnerin “Bir almanın hekayəsi” də daxil olmaqla bir neçə əsəri ukrayna dilinə tərcümə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar