Bakının Nərimanov rayonunda oğurluq hadisələri baş verib.
Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək kirayə yaşadığı evdən qızıl-zinət əşyaları və 540 manat nağd vəsaitinin talandığını bildirib.
Əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında yaşayış binalarından birinə daxil olaraq bir-bir mənzillərin qapılarını yoxladığı və zərərçəkənin evdə olmadığına əmin olandan sonra talama cinayətini törətdiyi məlum olub.
Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə 490 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Abbasov da saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.