Bakıda qızıl mağazası qarət olundu - HADİSƏ ANI
20 fevral 2026 11:12 (UTC +04:00)

Bakıda qızıl mağazası qarət olundu - HADİSƏ ANI

0

Bakının Nizami rayonunda qızıl mağazası qarət olunub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar