Zəhradan Mədət Quliyevdən ayrılıq  xəbərinə REAKSİYA:  "Mədəniyyətiniz olsun..." -  YENİLƏNİB
23 yanvar 2026 19:28 (UTC +04:00)

Zəhradan Mədət Quliyevdən ayrılıq xəbərinə REAKSİYA: "Mədəniyyətiniz olsun..." - YENİLƏNİB

0

Keçmiş nazir Mədət Quliyevin xanımı Zəhra Quliyeva ayrılıq xəbərlərinə münasibət bildirib.
 
Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

"Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Mədəniyyətiniz olsun, reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin”, - o bildirib.

***

14:58

Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər. 

Əldə etdiyimiz məlumata görə, Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.

Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2065

Oxşar yazılar