İlk dəfə "Oskar" qazanan  Cessika Bakli: ən yaxşı 5 filmi -  VİDEO
16 mart 2026 19:07 (UTC +04:00)

İlk dəfə "Oskar" qazanan Cessika Bakli: ən yaxşı 5 filmi - VİDEO

0

Amerikan Kino Akademiyası builki "Oskar"ın bütün qaliblərini elan edib. "Ən yaxşı aktrisa" nominasiyasında qalib gələn isim Cessi Bakli olub.

Lent.az aktrisanın karyerası və ona qələbə qazandıran film haqqında ətraflı məlumatı təqdim edir.

Aktrisa özünün ilk "Oskar" mükafatını "Hamnet" filmindəki roluna görə qazanıb. Meggi O'Farrellin eyniadlı romanı əsasında çəkilən ekran işi Uilyam Şekspirin ailəsindən və oğlunun ölümü ilə bağlı yaşanan faciədən bəhs edir. Tənqidçilər Baklinin buradakı oyununu ilin ən təsirli və dərin aktyorluq işlərindən biri kimi qiymətləndiriblər.

Cessi Bakli həm dram, həm də triller janrlarında özünü sübut etmiş istedadlı simadır. Budur onun ən uğurlu layihələri:

Wicked Little Letters, 2023

Kiçik bir İngiltərə şəhərciyində anonim təhqiramiz məktubların yayılması ilə başlayan xaosdan bəhs edən qara komediya.

Beast, 2017

Aktrisaya ilk böyük uğurunu gətirən psixoloji triller. Burada o, sirli bir kişiyə aşiq olan və ailəsində özünü yad hiss edən gənc qadını canlandırır.

I'm Thinking of Ending Things, 2020

Rejissor Çarli Kaufman tərəfindən çəkilən bu film reallıqla xəyalın qarışdığı qəribə bir səyahət hekayəsidir.

Wild Rose, 2018

Qlazqolu gənc bir qadının kantri musiqisi ulduzu olmaq xəyalından bəhs edən dram. Bu filmdən sonra Bakli Britaniya kinosunun parlayan ulduzu kimi tanınmağa başladı.

Women Talking, 2022

Dini icmada yaşayan bir qrup qadının ağır hadisələrdən sonra gələcək talelərini həll etməyə çalışdıqları dramatik hekayə."Çernobıl" Serialındakı Rolu

Yəqin ki, bir çoxlarınız aktrisanı HBO-nun məşhur "Çernobıl" serialından xatırlayırsınız. O, orada qəza yerinə ilk gedən yanğınsöndürənin həyat yoldaşı Lyudmila İqnatenko rolunu böyük ustalıqla ifa etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar