Model nənə və babasının  geyimləri ilə ən dəblilər siyahısına  düşdü
22 fevral 2026 13:12 (UTC +04:00)

Model nənə və babasının geyimləri ilə ən dəblilər siyahısına düşdü

0

Model əcdadlarının şərəfinə milli geyimlər geyinib.

Seul Moda həftəsinə nənə və babasının paltarlarını geyinərək gələn qırğız modeli Şadiya İsaeva “Vogue” jurnalının ən yaxşı geyinən insanlar siyahısına daxil edilib. Şəkil jurnalın veb saytında dərc edilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, model jurnal üçün  qızılı tikməli ənənəvi qırğız çapanı (zümrüd rəngli xalat) və qırmızı lalə çiçəkləri olan rəngli ağ şarf geyinib.

Шадия Исаева

İsaeva müsahibəsində qeyd edib ki, bu geyim ideyası moda nümayişlərinin dördüncü günündə, milli geyiminin uyğun olmadığını anlayanda yaranıb. Ona vətənini xatırladan yeganə şeylər yuxarıda qeyd olunan ailə əşyalarıdır. İsaeva onları əcdadlarının şərəfinə geyinməyə qərar verib.

Шадия Исаева

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar