"Arif Babayevi 10 gün içində 5 dəfə  öldürdülər" - Tacir Şahmalıoğlu  ölüm şayiələrindən DANIŞDI
07 oktyabr 2026 17:31 (UTC +04:00)

"Arif Babayevi 10 gün içində 5 dəfə öldürdülər" - Tacir Şahmalıoğlu ölüm şayiələrindən DANIŞDI

0

"Hazırda evdəyəm. Səhhətim yaxşıdır".

Bu sözləri Lent.az-a açıqlamasında bir müddət öncə öd kisəsində yaranan problemə görə əməliyyat olunan müğənni Tacir Şahmalıoğlu deyib.

O, haqqında yayılan ölüm xəbərlərinin biabırçılıq olduğunu bildirib:

"Allah Arif Babayevə rəhmət eləsin. O, bir müddət xəstə yatdı. Onu 10 günün içində 5 dəfə öldürdülər. Axırda Arif Babayev rəhmətə getdi. Vallah, nə bilim e. Biabırçılıqdır. Belə xəbəri yaymaq biabırçılıq deyil? Dövlətimiz qanuni dövlətdir. Mən müraciət edəcəyəm ki, bunlarla məşğul olsunlar. Belə şey olmaz. Mənim də yaxınlarım, qohumlarım var. Onlar da bunu oxuyub narahat olurlar".

Xatırladaq ki, dünən və bu gün səhər bəzi media, eləcə də sosial şəbəkə səhifələrində müğənni Tacir Şahmalıoğlunun ölüm xəbəri yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar