Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə aprelin 5 və 6-da Bakıda “Beynəlxalq Şah İsmayıl Xətai - Sultan Səlim” simpoziumu keçiriləcək. Bu barədə Lent. az-a “Azəri Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı məlumat verib. O bildirib ki, 2 gün davam edəcək tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, “ATEV” Federasiyasının rəhbəri Dogan Bermek, tarixçilər Tufan Gündüz, Ahmet Taşqın və hər iki ölkənin başqa ziyalıları da çıxış edəcəklər.
Məruzəçilər Şah İsmayıl Xətainin kimliyi, Səfəvi-Osmanlı münasibətləri, bu münasibətlərin dəyərləndirilməsi, Şah İsmayıl və Sultan Bəyazid, Sultan Səlimin şəxsiyyəti və digər mövzularda çıxış edəcəklər. Tədbirin bağlanış iclasından sonra konsert proqramı keçiriləcək. Türkiyəli sənətçilərdən Əhməd Şəfəq, Nifufər Sarıtaş, Mustafa Aksoy, Erdəm Kotan və Azərbaycanın “Savalan” qrupu çıxış edəcək.

“Şah İsmayıl Xətai - Sultan Səlim” simpoziumu keçiriləcək
Oxşar yazılar

Anar və Əkrəm Əylisli Elçin Əfəndiyevin ölümündən sarsıldıqlarını bildiriblər
3 avqust 2025 , 19:16
Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn ediləcəyi tarix və məkan məlum oldu-YENİLƏNİB
3 avqust 2025 , 16:30
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat etdi
3 avqust 2025 , 13:13
“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37