Avqust ayının 24-25 tarixində İtaliyanın Rimini şəhərində “Rimini stars 2013” Beynəlxalq Musiqi Festivalı keçirilib. Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin festivalda T. Quliyev adına 12 saylı musiqi məktəbinin III sinif şagirdi Ayan Məmmədli də iştirak edib. O, fortepiano nominasiyası üzrə müsabiqənin qalibi olaraq I yerə layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl Ayan bu ilin mart ayında Estoniyanın Narva şəhərində keçirilən musiqi festivalının da qalibi olmuşdu.