Yol polisi qaydaları pozan Əməkdar artisti  cəzalandırdı - VİDEO  - YENİLƏNİB
10 avqust 2026 13:00 (UTC +04:00)

Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO - YENİLƏNİB

0

Yol polisi qaydaları pozan Əməkdar artist Aqşin Abdullayevlə bağlı tədbir görüb.

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev Lent.az-a bildirib ki, sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbiri görülüb.

“Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkərti qaydalarına ciddi əməl etsinlər”, deyə E.Hacıyev əlavə edib.

***

saat 10:33

Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydasını kobud şəkildə pozub. 

Lent.az "Avtosfer.az"a istinadən xəbər verir ki, sənətçi sözügedən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Kadrlardan görünür ki, o, idarə etdiyi 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin tam mərkəzində saxlayıb, daha sonra isə avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.

Bu zaman arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri oranı çətinliklə keçiblər.

Yolun hərəkət hissəsinin bu şəkildə zəbt edilməsi sürücülərə maneə ilə yanaşı, həm də qəza riski yaradır. Çəkiliş məqsədilə belə addımların atılması birmənalı şəkildə qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1088

Oxşar yazılar