Oktyabrın 17-dən 24-dək Bakı Uşaq Teatrı İran İslam Respublikasına səfərdə olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, Mərivan şəhərində keçiriləcək “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı”na dəvət alıb.
Həmçinin, səfər müddətində oktyabrın 15-də Ərdəbildə keçirilən “I Təkəm Meydan Tamaşaları Festivalı”na qonaq qismində qatılacaq kollektiv daha sonra Mərivan şəhərinə yola düşəcək.