İlham Əliyevdən Ərdoğana:  Bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
08 noyabr 2026 16:00 (UTC +04:00)

İlham Əliyevdən Ərdoğana: Bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir

0

“Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirirəm”.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, 6 il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilib: “Ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı.

Şuşa şəhəri 28 il işğal altında idi. Ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar