Beynəlxalq Kanna festivalında "Qızıl palma" mükafatları artıq təqdim olunub. Lent.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə festivalda çox maraqlı anlar yaşanıb. Mükafat sahibləri həyəcanlı anlar yaşadılar. Həmin görüntüləri sizlərə də təqdim edirik.
Qeyd edək ki, yarışda 21 ekran əsəri iştirak edib. Britaniya rejissoru Ken Louçun “Mən Daniel Bleykəm” filmi Beynəlxalq Kanna festivalında Qızıl palma mükafatına layiq görülüb. Festivalın “Qran-Pri”si “Bu sadəcə dünyanın sonudur” filminə görə kanadalı rejissor Ksavye Dolana verilib.