Qarabağda xəzinə tapıldı
09 sentyabr 2013 17:28 (UTC +04:00)

Qarabağda xəzinə tapıldı

0

Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Andrea Riccinin başçılıq etdiyi kəşfiyyat qrupu Kamiltəpədən 8 kilometr cənub-şərqdə, Şpartı (Şivarxı) çayı hövzəsində - Ağcabədi, Xocavənd və Füzuli rayonlarının kəsişdiyi ərazilərdə kəşfiyyat apararkən mis sikkələrdən ibarət dəfinə aşkar edib. Lent.az-ın “azər tac”a istinadən məlumatına görə, dəfinə ümumi çəkisi 2,7 kiloqram olan 586 ədəd sikkədən ibarətdir.

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aygün Məmmədovanın verdiyi məlumata görə, pullar Azərbaycan Atabəylər (Eldənizlər) dövlətinin hökmdarları Əbu Bəkr Özbəyin adından XII əsrin sonları – XIII əsrin əvvəllərində kəsilib.

 

Qeyd edək ki, 2009-cu ildən başlayaraq Mil-Qarabağ bölgəsində Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyası tərəfindən arxeoloji tədqiqatlar aparılır. Bu bölgədə son neolit dövründən son orta əsrlərə qədərki böyük bir tarixi mərhələni əhatə edən 120-yə yaxın abidə qeydə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1904

Oxşar yazılar