Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kimi dünya futbolunun məşhur simaları yer alıb.
Şakira müsahibəsində Mbappe ilə necə əlaqə yaratdığını da ilk dəfə açıqlayıb. Müğənninin sözlərinə görə, bu məsələdə ona Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hamilton kömək edib.
"Bilirdim ki, Lyuis Hamilton Mbappe ilə dostdur. Ona yazdım ki, məni Kilianla əlaqələndirə bilərmi? O da dərhal razılaşdı və ikimizi eyni söhbət qrupuna əlavə etdi. Daha sonra Mbappe ilə yazışmağa başladıq və əlaqə qurduq", – deyə Şakira bildirib.
Müğənni qeyd edib ki, Mbappe klipdə çəkilməyə razılıq verən ilk futbolçu olub. Bundan sonra digər ulduz futbolçular da layihəyə qoşulublar.