Şvartsnegger 20 milyona “Terminator” olacaq
11 sentyabr 2013 18:25 (UTC +04:00)

Şvartsnegger 20 milyona “Terminator” olacaq

0

Aktyor Arnold Şvartsnegger “Terminator” filminin beşinci hissəsində çəkilmək üçün 20 milyon dollar qonorar alacaq.

 

Lent.az-ın “Mirror” nəşrinə istinadən verdiyi məlumata görə, Alan Teylorun rejissoru olacaq film 2015-ci ilin iyununda ekranlara çıxacaq.

 

Qeyd edək ki, Arnold Şvartsnegger ilk dəfə “T-800” filmində terminator rolunu oynayıb və 700 min dollar qonorar aldığı bu rol onu məşhurlaşdırıb. Daha sonra iki dəfə terminator rolunda çəkilib.  Sonuncu dəfə “Terminator 3: Maşının bərpası” filmində oynadığı rola görə isə karyerasında rekord məbləğdə – 30 milyon dollar qonorar alıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 764

Oxşar yazılar