Aleyna Tilki ilə izləyiciləri arasında gərginlik:  "Əslində mən sizi istəmirəm"
10 avqust 2026 16:14 (UTC +04:00)

Aleyna Tilki ilə izləyiciləri arasında gərginlik: "Əslində mən sizi istəmirəm"

0

Sosial media paylaşımları və açıqlamaları ilə tez-tez xəbər başlıqlarına çıxan müğənni Aleyna Tilki, yeni mahnı gözləntilərini bildirən izləyiciləri ilə sosial mediada gərginlik yaşayıb. Ona ünvanlanan tənqidlərə sərt cavab verən gənc müğənni, populyar mahnılarından heç bir gəlir əldə etmədiyini iddia edib.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, karyerası və şəxsi həyatı ilə tez-tez xəbər başlıqlarına çıxan Aleyna Tilki bu dəfə sosial mediada dinləyiciləri ilə mübahisəsi ilə diqqət çəkib. "Mahnı haradadır?" sualına cavab olaraq məşhur müğənni tənqidlərin şiddətlənməsi ilə sərt açıqlama verib.

Dinləyicilərinə şikayət edən Tilki "Yazmaqdan bezmişəm, harada mahnı yazırsan? Mən sənə sevməyi belə öyrətmişəmmi?" deyib. Mübahisə qızışdıqca izləyicilərinə qarşı açıqlamalarını daha da artırıb.

Haqsızlıqla qarşılaşdığını iddia edən gənc müğənni mesajında bu sözləri işlədib:

"Səmimi olub istəklərinizə cavab verəndə məni göylərə qaldırırsınız, amma ən kiçik bir tənqidlə bütün nifrətinizi mənə yönəldir və hər şeyi unudursunuz. Bütün bunları yazdım, çünki bunu dəqiq bilirəm. Öz ikiüzlülüyünüzlə üzləşin və xahiş edirəm mənim dinləyicilərimin bir hissəsi olmayın. Əslində, mən sizi istəmirəm. Yeri gəlmişkən, qeyd etdiyiniz hitlərin heç birindən bir lirə də qazanmamışam; uşaq olanda bütün hüquqlarımı başqalarına vermişəm..."

Özünü sərbəst ifadə etmək üçün riskə getdiyini vurğulayan Aleyna Tilki, qısa müddətdə X sosial media platformasında trend mövzusuna çevrilib və çoxsaylı şərhlər alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar