"Azdrama"nın sərəncamçı direktoru işdən çıxarılıb
12 dekabr 2016 18:00 (UTC +04:00)

"Azdrama"nın sərəncamçı direktoru işdən çıxarılıb

0

 

Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub.

 

Mədəniyyət və Turizm Naziliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.

 

Nazirin digər əmri ilə N. Gülməmmədov A. Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

 

Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar