Makaron bişdikdən sonra su ilə  yaxalamayın – SƏBƏB
18 mart 2024 15:13 (UTC +04:00)

Makaron bişdikdən sonra su ilə yaxalamayın – SƏBƏB

Bir çox evdar qadın makaronun yapışmaması üçün bişdikdən sonra onu yaxalayırlar.

Lent.az xəbər verir ki, buna qətiyyən ehtiyac yoxdur. 

Aşpaz Yuliya Arxipovanın sözlərinə görə,  bişdikdən sonra makaronu yumaq vərdişindən imtina edilməlidir. 

Bildirilir ki, makaron indiki dövrdə əsasən bərk buğdadan hazırlanır. Belə makaronlar isə çox vaxt yapışmır. Bundan əlavə, souslar yuyulmamış makaronlara daha yaxşı dad verir. 

Makaronu yaxalamaq yalnız güveç və ya makaron salatı hazırladığınız zaman məna kəsb edir.
 

# 6621
avatar

Sevinc Fərid

Oxşar yazılar