Yüngül salat resepti  – Həm dadlı, həm sağlıqlı
11 mart 2024 17:56 (UTC +04:00)

Yüngül salat resepti – Həm dadlı, həm sağlıqlı

Avokadonun faydaları haqqında çox danışmağa ehtiyac yoxdur. Hər kəs onun gözəllik, uzunömürlülük və sağlamlıq üçün ən qiymətli məhsullardan biri olduğunu bilir. Amma  bəziləri özünəməxsus dad xüsusiyyətlərinə görə onu yemək istəmir.

Lent.az çox yüngül və sağlıqlı avokado salatını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Avokado (1 orta ölçülü);

Bir orta xiyar;

Təxminən 50 qram qızardılmış pendir;

Bir az limon suyu;

Bir qaşıq mayonez;

İstəyə görə duz, ədviyyatlar və göyərti. 

Əvvəlcə avokado pulpasını ayırmaq lazımdır. Sonra meyvələri kiçik kublara kəsin. Xiyarın yuyulması və avokado kimi onların da kublar şəklində kəsilməsi lazımdır.

Daha sonra bunları salat boşqabına tökün. Qızardılmış pendir əlavə edin. Bir az limon suyu, duz və ədviyyat tökün. Mayonezlə qarışdırın. İstəyirsinizsə, doğranmış şüyüd də əlavə edə bilərsiniz. 

Qeyd etmək lazımdır ki, mayonez təbii qatıqla əvəz edilə bilər.
 

# 18648
avatar

Sevinc Fərid

Oxşar yazılar