Yumurtanı  qabın kənarına vurub QIRMAYIN – SƏBƏB
30 mart 2024 19:25 (UTC +04:00)

Yumurtanı qabın kənarına vurub QIRMAYIN – SƏBƏB

Toyuq yumurtası səhər yeməyi, nahar və ya şam yeməyinin hazırlanmasında istifadə edilən ən məşhur məhsullardan biridir. 

Lent.az xəbər verir ki, aşpazlar arasında yumurtaların istifadə edilməzdən əvvəl yuyulması ilə bağlı uzun illərdir mübahisələr davam edir. 

Aşpazların əksəriyyəti yemək hazırlayarkən yumurtanı yumaq lazım olmadığı ilə razılaşır.

Onlar bunu onunla izah edirlər ki, su ilə təmasda olan bakteriyalar yumurtaya daxil olmaq riskini bir neçə dəfə artırır.

İstilik isə ən çox zərərli mikroorqanizmləri yumurta qabığından çıxarmaq üçün ən təsirli üsuldur. 

Ancaq çiy yumurta lazımdırsa, qaynar su ilə zərərli mikroorqanizmləri məhv etmək mümkün olmayacaq. Buna görə də, təhlükəsizlik baxımından qabların kənarlarında yumurtaları qırmamalısınız. 

Bu, tez, asan və rahat üsul olsa da, təəssüf ki, bakteriya və kirin yeməyinizə daxil olacağı ehtimalı çox yüksəkdir.

Həmçinin belə olan halda yumurtanın ağını və sarısını ayırmaq da mümkün olmayacaq.

# 46194
avatar

Sevinc Fərid

Oxşar yazılar