İlham Əliyev Vladimir Putinlə danışıb
31 may 2022 15:05 (UTC +04:00)

İlham Əliyev Vladimir Putinlə danışıb

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-dakı, 2021-ci il yanvarın 11-dəki və noyabrın 26-dakı razılaşmaların regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.\

Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.

# 3285
avatar

Oxşar yazılar