ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
10 sentyabr 2026 09:42 (UTC +04:00)

ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ

0

Xocalıda mina partlayışı olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Lent.az-a bildirilib ki, hadisə sentyabrın 10-da işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 36 yaşlı Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib.

Vəziyyəti qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar