Dietoloqlar və həkimlər kəskin arıqlamanın nə ilə təhlükəli olduğunu izah ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, günümüzdə gözəlliklə bağlı dərhal nəticə vədləri ilə doludur: “Həftəyə 5 və ya 10 kilo — asan!”. Belə şüarlar parlaq “öncə və sonra” fotoları ilə müşayiət olunur və ideal bədənə gedən yolun çox asan olduğu illüziyasını yaradır.
Belə “ekspress-pəhrizlərin” əsas səhvi kalori kəskin şəkildə məhdudlaşdırılmasıdır. Güclü kalori defisiti zamanı orqanizm stress yaşayır və təkcə yağ ehtiyatlarını deyil, həm də əzələ toxumasını və suyu xərcləməyə başlayır. Nəticədə çəki həqiqətən sürətlə azalır, lakin bu, yağın deyil, susuzlaşmanın və güc itkisininn hesabınadır. Bununla yanaşı, maddələr mübadiləsi yavaşlayır və pəhriz bitdikdən sonra çəki demək olar ki, həmişə geri qayıdır — bəzən hətta daha artıq şəkildə.
Həkimlər qeyd edirlər ki, fizioloji və təhlükəsiz çəki azalma tempi həftədə 300 qramdan 1 kiloqrama qədər yağ itkisidir. Daha sürətli templər yalnız ciddi piylənməsi olan insanlarda və həkim-dietoloqun nəzarəti altında mümkündür. Əgər tərəzi bir neçə gün ərzində 3–5 kilo azalırsa, bu, təhlükə siqnalıdır: orqanizm əzələ itirir, su-duz balansı pozulur və böyrəklərə, ürəyə yük artır.
Bundan əlavə, ekstremal pəhrizlər hormonal fonda mənfi təsir göstərir, xüsusilə qadınlarda. Yağ və zülal çatışmazlığı menstruasiya dövrünün pozulmasına və reproduktiv sağlamlıq problemlərinə səbəb ola bilər.
Dietoloqlar xatırladırlar: davamlı və təhlükəsiz arıqlama vaxt və sistemlilik tələb edir. Rasiona keyfiyyətli zülallar, mürəkkəb karbohidratlar, faydalı yağlar və kifayət qədər su
daxil edilməlidir. Mütəmadi fiziki fəaliyyət və normal yuxu təsiri gücləndirir və orqanizmə ziyan vurmadan yağ yandırmağa kömək edir.
Beləliklə, “yavaş, amma düzgün” prinsipi sağlam bədənə aparan yeganə doğru yoldur. Sürətli arıqlama qısamüddətli nəticə verə bilər, amma balanslı yanaşma həm gözəl fiqura, həm də uzun illər sağlamlığa zəmanət yaradır.
Ekspertlər arıqlamağa mane olan məhsulları açıqlayıblar. Siyahıda, digər məhsullarla yanaşı, şəkər və ağ çörək də var, buna görə onları qidalanmada minimuma endirmək lazımdır.