Professor xəbərdarlıq etdi: Yeməyin! bir dənəsi zəhər yayır...
14 mart 2024 06:25 (UTC +04:00)

Professor xəbərdarlıq etdi: Yeməyin! bir dənəsi zəhər yayır...

Türkiyədə sağlam qidalanma mövzusunda çıxış edən əsas mütəxəssislərdən biri Canan Karatayın yeni açıqlaması diqqət çəkib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karatay “hind qozu” kimi tanıdığımız  quru meyvənin sağlamlıq baxımından təhlükəli olduğunu vurğulayıb.

Karatay deyir ki, əslində quru meyvələrin qida zəncirindəki payı vacibdir. Yalnız bununla yanaşı söyləyir ki, “hind qozu”nun istehlakına diqqət etməliyik.

O deyir ki, xaricdən gələn quru meyvələrin xarab olmasının qarşısını almaq üçün üzərilərinə bromid qazı sıxılır. Bu isə orqanizm üçün olduqca təhlükəlidir. Mütəxəssis yerli məhsullara üstünlük verilməyimizi tövsiyə edir.

# 5913
avatar

Oxşar yazılar