Mütəxəssislərin sözlərinə görə, mümkün onkoloji xəstəliyin nadir, lakin mühüm əlamətlərindən biri alkoqol qəbulundan sonra yaranan xoşagəlməz hisslərdir. Erkən araşdırmaların məlumatına əsasən, bəzi insanlarda ağrı və ya diskomfort hətta pivə və ya şərabdan bir-iki qurtum içdikdən sonra yarana bilər.
Lent.az bu riskləri təqdim edir:
Onun sözlərinə görə, xərçəngin alkoqolun qəbulu və dözümlülüyünə təsiri demək olar ki, müzakirə edilmir, halbuki belə reaksiya bəzi hallarda düşünüləndən daha çox rast gəlinir.
Niyə alkoqol dözümsüzlüyü yaranır
Belə vəziyyət, orqanizmin spirtli içkilərdəki toksinləri parçalamaq üçün lazım olan fermentlərin çatışmazlığı zamanı ortaya çıxır. Bu, maddələr mübadiləsinin irsi xüsusiyyətləri ilə bağlı ola bilər. Bu cür reaksiya xüsusilə Asiya mənşəli insanlarda daha çox müşahidə edilir. Bundan əlavə, pivə və şərabın tərkibindəki əlavə maddələr – məsələn, mayalar, sulfitlər və ya kimyəvi əlavələr – də bu kimi simptomlara səbəb ola bilər.
Maraqlıdır ki, tibbi praktikada alkoqol dözümsüzlüyü Hodjkin limfomasının mümkün əlamətlərindən biri kimi təsvir olunur. Bu diaqnozu olan bəzi pasiyentlər, hətta minimal miqdarda alkoqol qəbul etdikdən sonra belə, ağrının məhz şişin yerləşdiyi nahiyədə yarandığını bildiriblər.
"Bəzən cəmi bir neçə qurtum şərab və ya pivə güclü ağrı hiss etmək üçün kifayətdir", - deyə doktor Bruvin qeyd edir. Ağrıdan əlavə, az miqdarda alkoqol dərinin qızarması, qanaxma və ya zədələnmiş sahədə təzyiq hissi kimi digər reaksiyalara da səbəb ola bilər. Alimlər vurğulayırlar ki, belə pasiyentlərdə alkoqola ümumi dözümlülük də aşağı düşür və hətta zəif içkilər belə nəzərəçarpacaq simptomlar yaradır. Həkimlər orqanizmdə baş verən bu cür reaksiyalara diqqət etməyi tövsiyə edirlər. Xüsusilə də, bu hallar qəfil ortaya çıxırsa və əvvəllər müşahidə olunmayıbsa. Bəzi hallarda bu, əlavə tibbi müayinəyə səbəb ola bilər.