Boğaz ağrısını tez necə  müalicə etmək   olar? -  HƏKİM AÇIQLADI
05 aprel 2024 16:44 (UTC +04:00)

Boğaz ağrısını tez necə müalicə etmək olar? - HƏKİM AÇIQLADI

Otolarinqoloq Natalya Popoviç boğaz ağrısını tez müalicə etməyin yollarını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, boğaz ağrınız varsa, pəhrizə riayət etmək və selikli qişaları qıcıqlandıran qidalardan qaçınmaq lazımdır.

Onun sözlərinə görə, boğaz ağrısı soyuqdəymədən tutmuş ağır infeksiyalara qədər müxtəlif xəstəliklərin xəbərçisi ola bilən xəstəliklərdən biridir.

“Bu, selikli qişaların qurumasının, ədviyyatlı qidaların qəbulunun və ya kəskin tonzillit və ya peritonsilyar absesin əlaməti ola bilər. Boğaz ağrısı həm də mədə-bağırsaq traktının problemləri, revmatoloji və endokrinoloji xəstəliklərlə əlaqələndirilə bilər.

Boğaz ağrısını aradan qaldırmaq üçün, otağı rütubətli saxlamaq və bol maye içmək yolu ilə selikli qişaları nəmləndirmək vacibdir. Selikli qişanı nəmləndirmək üçün benzidamin hidroxlorid və flurbiprofen ilə pastil və spreylərdən istifadə etmək lazımdır.

Boğazınızı evdə müalicə etmək qərarına gəlsəniz, soda məhlulu və ya çobanyastığı, kalendula, adaçayı və ya evkalipt kimi otların həlimi ilə qarqara etməyi unutmayın. Efir yağları ilə inhalyasiya da boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Yadda saxlamaq lazımdır ki, boğaz ağrısının bir gecədə müalicəsi yoxdur, amma həkiminizin tövsiyələrinə əməl etmək və evdə müalicə üsullarından istifadə etmək bu xoşagəlməz vəziyyəti aradan qaldıra bilər”.

# 1815
avatar

Arzu Qurbanlı

Oxşar yazılar