Bu fobiya insanlara dişlərini müntəzəm təmizləməyə  və stomatoloqa getməyə mane olur
18 dekabr 2025 13:15 (UTC +04:00)

Bu fobiya insanlara dişlərini müntəzəm təmizləməyə və stomatoloqa getməyə mane olur

0

Səs-küylü, sinirbozucu bor maşını səsi odontofobiyanın əsas səbəbidir. Alimlər stomatoloqa viziti daha az stresli etməyin yolunu təklif edirlər.

Lent.az xəbər verir ki, stomatoloqlardan qorxu çox vaxt ağrı ilə deyil, bor maşınının səsi ilə bağlıdır –kəskin, yüksək tezlikli və həyəcan doğuran səs. Pasiyentlər müalicə başlamazdan əvvəl belə əsəbiləşirlər, bəziləri isə onilliklərlə stomatoloji kabinetlərə girməkdən qaçırlar.

Osaka Universitetinin stomatoloqu və professoru Tomomi Yamada təsdiqləyir: hətta onun öz övladı da yalnız cihazın səsindən qorxurdu. Məhz bu fakt onu genişmiqyaslı araşdırma aparmağa sövq edib bor maşınını necə daha sakit etmək olar ki, effektivliyini itirməsin. Yaponiyanın və Tayvanın üç universitetindən olan alimlər komandası ölkənin ən güclü superkompüterindən istifadə edib.

O, aşağıdakıları modelləşdirməyə imkan verib:

bor maşınının içində havanın hərəkətini;

dəqiqədə 320 min dövrəyə çatan fırlanma sürətini;

pasiyent tərəfindən qəbul edilən səs dalğalarının formalaşmasını.

Modelləşdirmə ilk dəfə olaraq təxminən 135 m/s sürətlə (təxminən 0,4 Max) hərəkət edən hava axınını vizuallaşdırıb. Məhz bu axın o kəskin, həyəcan doğuran səsi yaradır. Sadəcə səsin həcmini azaltmaq kifayət etmir tədqiqatçılar məhz səsin keyfiyyətini yaxşılaşdırmaq istəyirlər ki, o, daha yumşaq və daha az qıcıqlandırıcı olsun.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar