ÇAĞIMIZIN BƏLASI  - yüksək xolesterin - 2 əsas əlamət
17 oktyabr 2025 11:21 (UTC +04:00)

ÇAĞIMIZIN BƏLASI - yüksək xolesterin - 2 əsas əlamət

0

Yüksək xolesterinin ilk əlamətlərini üzdə baş verən kiçik dəyişikliklərdən tanımaq mümkündür.

Lent.az bu dəyişiklikləri təqdim edir:

Qanda xolesterinin normadan artıq olması təkcə analizlərdə deyil, həm də xarici görünüşdə özünü göstərə bilər bu, ksantelazma adlanan sarımtıl-narıncı yumşaq törəmələr şəklində özünü göstərir. Adətən ağrısız olan bu əmələ gəlmələr, damar və ürək sağlamlığı üçün ciddi xəbərdarlıq sayılır. Bu cür yağ yığıntıları təkcə göz qapaqlarında deyil, üzün digər hissələrində də meydana çıxa bilər. Əgər sizdə belə dəyişikliklər müşahidə olunursa, qanda xolesterin səviyyəsini dərhal yoxlatmaq vacibdir.

Ksantelazmalar nəyi göstərir?

Bu cür dəri dəyişiklikləri çox zaman dislipidemiya yağ mübadiləsinin pozulması ilə əlaqədardır. Bu vəziyyətdə “pis” xolesterin (LDL) səviyyəsi yüksəlir və nəticədə infarkt, insult və ateroskleroz riski artır. Həkim bu zaman qaraciyərdə xolesterin sintezini azaldan statin qrupuna aid dərmanlar təyin edə bilər. Lakin bu preparatlar yalnız düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə birlikdə effektiv olur. Əgər insan pəhrizinə və vərdişlərinə diqqət etməzsə, müalicə nəticəsi məhdud qalacaq.

Xolesterini normallaşdırmaq üçün həkimlərin tövsiyələri

Yağlı və qızardılmış yeməklərin, xüsusilə heyvani yağların qəbulunu azaltmaq;

Fiziki aktivliyi artırmaq gündə cəmi 30-40 dəqiqə gəzinti belə müsbət təsir göstərir;

Siqaretdən imtina etmək, çünki o, damar divarlarını zədələyir;

Alkoqol qəbulunu məhdudlaşdırmaq;

Rasiona tərəvəzlər, paxlalılar, tam taxıllı məhsullar və omeqa-3 yağ turşuları ilə zəngin balıq əlavə etmək.

Digər görünən əlamət

Yüksək xolesterinin başqa bir xarici əlaməti də göz buynuz qişasının (korneanın) üzərində yaranan boz-ağ halqa yəni qocalıq halqası (arcus senilis) sayılır. Bu halqa lipidlərin (yağların) buynuz qişada yığılması nəticəsində əmələ gəlir. Yaşlı insanlarda bu, çox vaxt təbii hal kimi qəbul edilsə də, 45 yaşdan aşağı şəxslərdə belə əlamət təhlükəli dərəcədə yüksək xolesterin səviyyəsinə işarə edə bilər. Amerika Ürək Assosiasiyasının məlumatına görə, 30 yaşdan sonra lipid profilinin mütəmadi yoxlanması ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təsirli vasitələrdən biridir. Əgər sizdə ksantelazma, korneada dəyişiklik və ya lipid mübadiləsi ilə bağlı digər əlamətlər müşahidə olunursa, həkimə müraciəti gecikdirməyin. Xolesterinin erkən aşkarlanması və normallaşdırılması damar sağlamlığını qorumağa və ölümcül fəsadların riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar