Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?
08 oktyabr 2025 10:58 (UTC +04:00)

Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?

0

Qaraciyər orqanizmin əsas funksiyalarını yerinə yetirən vacib orqandır o, yüzlərlə prosesdə iştirak edir: qidaları enerjiyə çevirir, zərərli maddələri neytrallaşdırır və orqanizmdən xaric edir. Lakin işindəki nasazlıqlar çox vaxt erkən mərhələdə simptom vermir və bu da xəstəliyin gec aşkarlanmasına səbəb olur.

Lent.az bu dəyişiklikləri təqdim edir:

Qaraciyər normal fəaliyyətini itirdikdə, ödün əmələ gəlməsi və bağırsaqlara ötürülməsi pozulur, bir hissəsi isə qana keçir. Nəticədə qan dövranı, hormonal balans və ümumi sağlamlıq vəziyyəti pisləşir. Həkimlər vurğulayırlar ki, ilk narahatedici əlamətlər çox vaxt məhz əllərdə ovuclarda və dırnaqlarda görünür. Qaraciyərlə bağlı problemləri göstərə bilən üç əsas simptom ayırd edilir:

1. Dırnaqların formasında dəyişiklik

Qaraciyərin fəaliyyətində pozulma zamanı dırnaq lövhəsinin quruluşu dəyişə bilər. Dırnaqlar genişlənir, səthi bərəlir və ya “qaşıq” formasını alır yəni nazikləşib içəriyə doğru əyilir. Bu dəyişikliklər adətən baş və şəhadət barmaqlarının dırnaqlarında başlayır, sonra isə digərlərinə keçir. Belə deformasiya çox vaxt qaraciyər sirrozu zamanı müşahidə olunur. Qan dövranının pozulması barmaqlara qanın artıqlaması ilə gəlməsinə səbəb olur, nəticədə dırnaq lövhəsinin forması dəyişir.

2. Ovucların qızarması

Ovuclarda qızartı sahələrinin yaranması sirrozun başlanğıc mərhələsini göstərə bilər. Bu simptom tibb ədəbiyyatında palmar eritema adlanır və ağır qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərin təxminən dörddə birində rast gəlinir. Ovuclar adətən isti olur, lakin ağrı, qaşıntı və ya şişkinlik müşahidə edilmir. Tünd dərili insanlarda bu ləkələri görmək daha çətindir.

3. Terri dırnaqları

Qaraciyərlə bağlı daha bir xarakterik əlamət Terri dırnaqları adlanan vəziyyətdir. Bu zaman dırnağın demək olar ki, bütün səthi ağ və mat rəngdə olur, yalnız uc hissəsində dar çəhrayı və ya qəhvəyi zolaq qalır. Belə dırnaqlarda adətən dırnaq kökündəki yarımdairəvi ağ zona (lunula) görünmür və dırnaqlar “solğun” təsiri bağışlayır. Həkimlər xəbərdarlıq edirlər: bu əlamətlərdən heç olmasa biri müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz qaraciyər xəstəliklərinin vaxtında aşkarlanmasına və onların gedişatını nəzarətdə saxlamağa imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar