Ən zərərli çay:  bir fincanı 100 siqaretdən  də pisdir
25 oktyabr 2025 15:52 (UTC +04:00)

Ən zərərli çay: bir fincanı 100 siqaretdən də pisdir

0

Çoxsaylı çay növləri arasında orqanizmə son dərəcə mənfi təsir göstərən biri də var.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ekspertlərin fikrincə, bu içkinin bir stəkanı insana zərər baxımından 100 ədəd çəkilmiş siqaretə bərabərdir.

Söhbət mate çayından (mate çayı pırkal bitkisinin qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır – red.) gedir.

Onun çoxlu pərəstişkarları var: bu çayın biliciləri onun tonik təsirindən, yorğunluqla mübarizə aparmaq və performansını artırmaq qabiliyyətindən, həmçinin tərkibindəki çoxlu sayda antioksidantlardan həzz alırlar. Onların fikrincə, baş ağrılarını aradan qaldıra və orqanizmi efir yağları və A, B və C vitaminləri ilə doyura bilər.

İlk baxışdan belə görünür ki, çayın tərkibindəki bütün maddələr təhlükəsizdir və zərər verə bilməz.

Bu fikir, müəllifləri çayın xərçəng riskini artıran kanserogenlər olduğunu müəyyənləşdirəm son tədqiqatların nəticələri ilə təkzib olunur.

Bu xüsusilə qaraciyər, bağırsaq, mədəaltı vəzi, mədə, yemək borusu və ağciyər şişlərinə aiddir.

65 dərəcəyə qədər qızdırılan su ilə mate çayının dəmlənməsinin ənənəvi üsulu ilə içkinin zərərinin artdığına inanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar