Avstraliyalı alimlər müəyyən ediblər ki, SunGold qızılı kivi stress, yorğunluq və əhval-ruhiyyə enməsi ilə kapsuldakı C vitaminindən daha sürətli mübarizə aparmağa kömək edir.
Lent.az kivinin faydalarını təqdim edir:
Tədqiqatda C vitamini çatışmazlığı olan 26 nəfər iştirak edib. Bir qrup gündə 2 ədəd kivi yeyib, digər qrup isə C vitamini əlavəsi qəbul edib. Artıq 4 gün sonra kivi yeyən iştirakçılarda yorğunluq azalıb, bir həftə sonra isə əhval-ruhiyyələri yaxşılaşıb. Kapsul şəklində vitamin qəbul edənlərdə də effekt müşahidə olunub, lakin daha zəif və gecikmiş formada.
Alimlər hesab edirlər ki, kivi daha yaxşı təsir göstərir, çünki onun tərkibində sinir sistemini dəstəkləyən və antioksidant müdafiəni gücləndirən bioaktiv maddələrin kompleksi var. Müntəzəm kivi yemək psixi sağlamlığı gücləndirməyin sadə və dadlı yolu ola bilər.