Onkoloji  sıçrayış:   Bir qan testi  onlarla xərçəng növünü   aşkar edə bilər
23 oktyabr 2025 12:31 (UTC +04:00)

Onkoloji sıçrayış: Bir qan testi onlarla xərçəng növünü aşkar edə bilər

0

Yeni genişmiqyaslı araşdırma göstərib ki, innovativ “Galleri” adlı qan testi onkoloji xəstəliklərin erkən diaqnostikası üçün istifadə olunaraq 50-dən çox şiş növündən qopan xərçəng DNT fraqmentlərini aşkar edə bilir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu şişlərin böyük hissəsi üçün hazırda erkən skrininq proqramları mövcud deyil.

Qan analizi

Qan analizi xərçəng şişlərinin DNT-sini aşkar edə bilər. 50-dən çox müxtəlif xərçəng növünü aşkar etməyə qadir olan yeni innovativ qan analizi onkoloji skrininq yanaşmasını tamamilə dəyişə və diaqnostikanı əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Sınaqların nəticələri göstərib ki, test geniş spektrli şişləri müəyyənləşdirə bilib və onların dörddə üçü üçün heç bir aktiv skrininq proqramı mövcud deyil.

Galleri testi: necə işləyir və nə dərəcədə dəqiqdir?

“Galleri” kimi tanınan qan analizi ABŞ-ın “Grail” adlı farmasevtik şirkəti tərəfindən hazırlanıb. Test şişdən qoparaq qana düşən xərçəng DNT fraqmentlərini aşkarlamaqla işləyir. Hazırda bu test Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti (NHS) tərəfindən fəal şəkildə sınaqdan keçirilir.

Araşdırma çərçivəsində ABŞ və Kanadada bir il ərzində 25 min yetkin izlənilib. Müsbət nəticə alanların (hər yüz nəfərdən biri) 62 faizində daha sonra xərçəng təsdiq edilib.

Sınaqların ən təsirli nəticələri:

Halların yarıdan çoxunda xərçəng erkən mərhələdə aşkarlanıb, bu isə müalicəni asanlaşdırır və tam sağalma şansını artırır. Test hazırda skrininq proqramı olmayan şiş növlərini (yumurtalıq, qaraciyər, mədə, sidik kisəsi və mədəaltı vəzi xərçəngi) aşkar edə bilir. Mövcud skrininqlərlə (süd vəzi, bağırsaq, ağciyər və uşaqlıq boynu) birlikdə istifadə edildikdə Galleri testi aşkar edilən xərçəng hallarını yeddi dəfə artırıb.

Qan analizi halların onundan doqquzunda xərçəngin mənbəyini düzgün müəyyənləşdirib. Bir çox xərçəng növləri artıq “çox irəliləmiş” mərhələdə aşkarlanır, halbuki testin məqsədi xəstəliyi həkimlərin effektiv müalicə aparıb xəstəliyi məğlub edə biləcəyi erkən mərhələdə aşkar etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar