Qan təzyiqi dərmanlarının  təhlükəli olduğu   AŞKARLANDI
20 iyun 2024 18:37 (UTC +04:00)

Qan təzyiqi dərmanlarının təhlükəli olduğu AŞKARLANDI

San-Fransisko Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, antihipertenziv dərmanların qəbulu yaşlı insanlarda ekzematoz dermatitin inkişaf  riskini artırır.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, araşdırmada 561 358 yaşlı insan iştirak edib. Elm adamları subyektlərin sağlamlığı və qəbul etdikləri dərmanlar haqqında məlumat toplayıb, daha sonra iştirakçıları izləməyə başlayıblar. 

Tədqiqatın başlanmasından 6 il sonra könüllülərin 6,7 faizinin ekzematoz dermatit inkişaf etdirdiyi qeyd edilib.

Əlavə təhlillər göstərib ki, antihipertenziv dərmanlar qəbul edən insanlar arasında ekzematoz dermatit halları daha yüksəkdir. Onlar hiperttoniyanı müalicə etmək üçün istifadə olunur və qan damarlarını genişləndirməklə, dövran edən qan həcmini azaltmaqla, ürək çıxışını azaltmaqla və ya damar müqavimətini azaltmaqla hərəkət edirlər.

Alimlər aydınlaşdırıblar ki, ekzematoz dermatitin inkişafının ən yüksək riski diuretiklər (qan təzyiqini aşağı salan diuretiklər) və kalsium kanallarının blokerləri (bu dərmanlar periferik damarları genişləndirir) qəbulu ilə bağlıdır. Bu arzuolunmaz təsirin altında yatan mexanizmləri müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar