Xoşbəxtlik xroniki xəstəliklərdən  ölüm riskini azaltmaq üçün vacibdir
29 oktyabr 2025 07:48 (UTC +04:00)

Xoşbəxtlik xroniki xəstəliklərdən ölüm riskini azaltmaq üçün vacibdir

0

Yeni bir beynəlxalq tədqiqat göstərir ki, xoşbəxtlik yalnız müəyyən səviyyədən sonra sağlamlığa müsbət təsir göstərir.

Lent.az xəbər verir ki, “Tibbdə Yeni Sərhədlər” jurnalında dərc olunan araşdırmaya görə, insanların “həyat nərdivanı” adlı xoşbəxtlik şkalasında ən azı 2,7 bal toplaması xroniki xəstəliklərdən ölüm riskinin azalması ilə əlaqələndirilir.

Araşdırmanın müəllifi, Rumıniyanın Alba Lulia Universitetindən professor İuliya İuqa bildirib ki, 2,7 balı keçdikdən sonra xoşbəxtlikdəki hər 1 faizlik artım 30-70 yaş arası insanlarda xroniki və ya yoluxucu olmayan xəstəliklərdən ölüm hallarını orta hesabla 0,43 faiz azaldır. Xroniki xəstəliklərə ürək-damar xəstəlikləri, xərçəng, astma və diabet daxildir.

Bu xəstəliklər dünyada pandemiya ilə əlaqəli olmayan ölümlərin təxminən 75 faizini təşkil edir. Tədqiqat göstərib ki, xoşbəxtlik səviyyəsi çox aşağı olan (2,7-dən az) ölkələrdə kiçik artımlar (məsələn, 2-dən 2,2-yə) ölüm riskinə əhəmiyyətli təsir göstərmir. Yəni əvvəlcə insanların minimal rifah səviyyəsinə çatması vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar