ABŞ Azərbaycana 9 milyon dollardan çox vəsait ayırır
29 mart 2022 11:12 (UTC +04:00)

ABŞ Azərbaycana 9 milyon dollardan çox vəsait ayırır

Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə milyardlarla ABŞ dolları məbləğində vəsait ayrılıb.

ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.

Qeyd olunub ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.

2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.

Sənəddə o da qeyd olunub ki, 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionuna ümumilikdə 984,4 milyon dollar ayrılması planlaşdırılır.

# 2094
avatar

Oxşar yazılar