ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa İttiofaqı ölkələrinin liderləri Ukraynaya səfər etməlidir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu təkliflə Polşanın baş naziri Mateuş Moravetski Almaniyanın “Bild” qəzetinə müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, Olaf Şolts, Boris Conson, Co Bayden və Emmanuel Makron, eləcə də Avropa İttifaqının bütün liderləri Kiyevə getməlidir. Onun fikrincə, səfər zamanı qadınların və uşaqların gözlərinin içinə baxmaq və onlara həyatlarını xilas etməkdə köməklik etmək lazımdır.
Xatırladaq ki, Polşa hökumətinin başçısı martın 15-də Çexiyanın baş naziri Petr Fiala, Sloveniyanın baş naziri Janez Yanşa və Polşa baş nazirinin müavini Yaroslav Kaçinski ilə birlikdə Kiyevə səfər edib.