Amerikalı polkovnikdən Ukrayna ilə bağlı  BƏDBİN PROQNOZ
01 fevral 2023 17:45 (UTC +04:00)

Amerikalı polkovnikdən Ukrayna ilə bağlı BƏDBİN PROQNOZ

Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “YouTue Judging Freedom” kanalında Ukraynanın məğlubiyyətə yaxın olduğunu bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, ABŞ-da başa düşürlər ki, Kiyev Moskva ilə qarşıdurmada uduzur, Ukraynanın müqaviməti isə dağılır. Eyni zamanda Makqreqor dövlətin özünün də yox olmaq təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb.

Amerikalı polkovnik hesab edir ki, Ukraynanın əsas problemi, xüsusən də əhalinin xaricə axını ilə bağlı ciddi demoqrafik böhrandır: münaqişə başlayandan sonra sakinlərin təxminən dörddə biri ölkəni tərk edib.

“Bu gün Ukraynada Zelenskinin nəzarəti altında təxminən 18-22 milyon insan qalıb. Bu rəqəm təxminən Hollandiya sakinlərinin sayına bərabərdir”, - Makqreqor demoqrafik məsələlər üzrə ekspertin hesablamalarına istinad edərək bildirib.

# 2583
avatar

Oxşar yazılar