Anar Məmmədli saxlanıldı, evində axtarış aparılır - YENİLƏNİB
29 aprel 2024 17:12 (UTC +04:00)

Anar Məmmədli saxlanıldı, evində axtarış aparılır - YENİLƏNİB

Polis Anar Məmmədlinin evində axtarış aparır.

Lent.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat paylaşıb: 

"Vəkil orderim və vəsiqəmlə birlikdə Anar Məmmədlinin evinə yaxınlaşsam da, mənim axtarışda iştirakıma icazə verilmir".

***

Saat 15:51

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi sədri Anar Məmmədli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, Anar Məmmədli barəsində araşdırma aparılır.

# 4869
avatar

Oxşar yazılar