"Mona Liza"nın sirlərindən biri   AÇILDI
15 may 2024 19:02 (UTC +04:00)

"Mona Liza"nın sirlərindən biri AÇILDI

İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə bağlı unikal tapıntılarını təqdim edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, alim “Mona Liza”  əsərinin fonunda təsvir edilmiş mənzərənin harada yerləşdiyini araşdıraraq tapıb.

Geoloq və sənət tarixçisi Ann Pizzorusso Leonardo da Vinçinin “Mona Liza” əsərini İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Komo gölünün sahilində yaratdığını irəli sürüb. 

O, əsərdəki mənzərəni, digər klassik mənzərə rəsmləri ilə müqayisə edib, 14-cü əsrdə Lecco bölgəsinin relyefinin məhz belə görünməsi qərarına gəlib.

Əvvəllər tədqiqatçılar Mona Lizanın fonunda görünən körpüyə diqqət yetirərək, onun Bobbio şəhərində və ya Arezzo əyalətində tikildiyini irəli sürmüşdülər. Lakin Pizzorussonun fikrincə, təkcə körpü rəsmin çəkildiyi yeri dəqiqləşdirmək üçün əsas ola bilməz. Alimin əsas arqumenti ərazinin geologiyası idi. Lecco bölgəsindəki qayalar, Leonardonun rəsmlərindəki boz-ağ fona uyğun gələn əhəngdaşıdır. Bundan əlavə, Bobbio və Arezzoda Mona Liza portretinin fonunda aydın görünən göl yoxdur.

Anne Pizzorusso vurğulayır ki, onun tədqiqatı geologiya və sənət tarixinin biliklərinin birləşməsinə əsaslanır və o, konkret faktlara əsaslanaraq həqiqətə yaxınlaşmağa çalışır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar