Azərbaycan jurnalistləri Bişkekdə - VİDEO
31 avqust 2026 12:38 (UTC +04:00)

Azərbaycan jurnalistləri Bişkekdə - VİDEO

0

Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfərini və Bişkekdə keçiriləcək beynəlxalq tədbirləri işıqlandırmaq məqsədilə Qırğızıstanın paytaxtına gediblər.

Lent.az APA-ya istinadla, sentyabrın 1-də Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovun sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək. Həmin gün, həmçinin “ŞƏT plyus” formatında yüksək səviyyəli görüş baş tutacaq.

Görüşlər zamanı dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Tərəflər ŞƏT-in gələcək inkişafının prioritetlərini, eləcə də siyasi, ticari-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ekoloji və mədəni-humanitar istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

Sammitin yekununda ŞƏT-in 25 illiyinə həsr olunan Bişkek Bəyannaməsinin, eləcə də təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutan bir sıra sənəd və qərarların imzalanması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar