Bayden  AÇIQLADI:   ABŞ əsgərləri Ukraynada olacaq - VİDEO
25 mart 2022 23:56 (UTC +04:00)

Bayden AÇIQLADI: ABŞ əsgərləri Ukraynada olacaq - VİDEO

0

ABŞ prezidenti Co Bayden Polşaya səfəri zamanı ABŞ əsgərlərinin Ukraynaya gedəcəyini bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, aşağıdakı videoda dövlət başçısının ABŞ-ın 82-ci Hava Desant Diviziyasının hərbi qulluqçuları ilə necə danışdığını görə bilərsiniz. Bayden Ukraynadakı vəziyyətdən danışıb və əsgərlərə qəribə bir ifadə ilə müraciət edib. Deyib ki, ora çatanda özünüz görəcəksiniz.

Prezidentin sözlərinin birbaşa təfsiri o deməkdir ki, ABŞ qoşunları Ukraynaya göndəriləcək. Bununla belə, Bayden tez-tez ağzından söz qaçırır və bunu nəzərə almaq lazımdır.

ABŞ rəhbərinin bəyanatı ilə bağlı Ağ Evdən hələlik rəsmi açıqlama daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3526

Oxşar yazılar