Ərdoğan Rusiya və Ukrayna danışıqları üçün İstanbula gəldi -  VİDEO   - YENİLƏNİB
29 mart 2022 11:40 (UTC +04:00)

Ərdoğan Rusiya və Ukrayna danışıqları üçün İstanbula gəldi - VİDEO - YENİLƏNİB

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıq iştirakçıları qarşısında çıxış edib.

Ərdoğan tərəfləri atəşkəsə çağırıb və hərbi əməliyyatların davam etdirilməsinin heç kimə sərfəli olmadığını bildirib.

O, danışıqların konkret nəticələr verəcəyinə ümid etdiyini bildirib.
 

***

10:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında martın 29-da bu saatlarda İstanbulda başlaması planlaşdırılan danışıqlara gəlib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Türkiyə dövlətinin başçısı bildirib ki, Moskva ilə Kiyev arasında mövcud münaqişənin daha da uzadılması heç kimə sərfəli deyil. O, tərəflər arasında aparılan danışıqların real nəticələrinin vaxtının yetişdiyini vurğulayıb.

Digər məlumata görə, rusiyalı milyarder Roman Abramoviç də martın 29-da Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyi İstanbula gəlib.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü Dolmabağça sarayında baş tutacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4047

Oxşar yazılar