Erməni analitik: "2020-ci il müharibəsindən dərs almaq lazımdır"
12 mart 2022 00:22 (UTC +04:00)

Erməni analitik: "2020-ci il müharibəsindən dərs almaq lazımdır"

0

Antalya Diplomatiya Forumu Azərbaycan, Ermənistan və Türkiyənin vasitəçilər olmadan, bir-birləri ilə birbaşa təmaslar qurmaları üçün çox mühüm platformadır.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Ermənistanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qirakosyan deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin eyni anda bu foruma qatılmaları unikal fürsətdir.

Riçard Qirakosyan vurğulayıb ki, 2020-ci ilin müharibəsindən dərs götürmək lazımdır və diplomatik danışıqlar davam etdirilməlidir.

"Ümid edirəm ki, nazir Ararat Mirzoyan azərbaycanlı və türkiyəli həmkarları ilə həm təkbətək, həm də üçtərəfli formatda görüşəcək”, - o qeyd edib. 

Erməni analitikin sözlərinə görə, Ermənistan-Türkiyə normallaşma prosesi Ermənistanla Azərbaycan arasında daha pozitiv mühitin yaranmasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2505

Oxşar yazılar