“Novaya qazeta” müharibəyə görə fəlaiyyətini dayandırdı
28 mart 2022 16:31 (UTC +04:00)

“Novaya qazeta” müharibəyə görə fəlaiyyətini dayandırdı

0

“Novaya qazeta”nın redaksiyası “Roskomnadzor”un ikinci yazılı xəbərdarlığından sonra işini dayandırıldığını elan edib. 

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bununla bağlı xəbər nəşrin rəsmi Telegram kanalında yayılıb. 

Rəsmi bəyanatda bildirilir: “Biz qəzetin şəbəkələrdə və kağız üzərində nəşrini “Ukrayna ərazisində xüsusi əməliyyat” başa çatana qədər dayandırırıq”.

Redaksiyanın işə nə vaxt qayıdacağı dəqiqləşdirilməyib.

Bundan əvvəl martın 28-də məlum olub ki, “Roskomnadzor” “Novaya qazeta”ya ikinci xəbərdarlıq edib. Səbəb xarici agent kimi tanınan qeyri-kommersiya təşkilatının müvafiq işarəsi olmayan nəşrinin qeyd edilməsi olub. Qeyd olunub ki, tənzimləyici “Novaya qazeta”nın təsisçisi və redaksiya heyətinə Rusiya qanunvericiliyinin pozulmasının yolverilməzliyini xatırladıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2213

Oxşar yazılar